İtaliya klubunun müdafiəçisi "Beşiktaş"a keçə bilər

21:38 - 17 Mart 2025

Türkiyənin "Beşiktaş" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Empoli"dən çıxış edən Liberato Kakaçeni transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"Beşiktaş" yeni zelandiyalı sol cinah müdafiəçisini mövsümün sonunda müqaviləsi başa çatan Artur Masuakunun əvəzləyicisi kimi düşünür. "Qara qartallar" 24 yaşlı futbolçu üçün İtaliya klubuna təklif göndərəcək.

Qeyd edək ki, "Empoli" Liberato Kakaçeni "Sint-Treyden"dən transfer edib. Yeni Zelandiya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin iyun ayında başa çatır.

Xəbər xətti