"Barselona"nın forvardı: "Baş məşqçi tərəfindən güvən hiss edirəm"

14:23 - 18 Mart 2025

Barselona"nın hücumçusu Ferran Torres bu mövsümkü çıxışından danışıb.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, ispan futbolçu bu mövsüm 32 matçda 13 qol vurması barədə bunları deyib:

"Hans Flik tərəfindən güvən hiss edirəm. Onun mənə göstərdiyi etimaddan çox məmnunam. Meydanda olanda maksimumu verməyə cəhd göstərirəm”.

25 yaşlı forvard 2027-ci il iyunun 30-na qədər "Barselona"ya məxsusdur. O, 2022-ci il yanvarın 1-də "Mançester Siti"dən Kataloniya klubuna keçmişdi. Ferran "Valensiya"nın yetirməsidir.

Xəbər xətti