Türkiyə - Macarıstan matçının hakimləri açıqlandı

17:41 - 18 Mart 2025

UEFA Millətlər Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək Türkiyə - Macarıstan matçının hakimləri bəlli olub.

Sportal.az xəbər verir ki, qarşılaşmanı Slovakiyadan olan ədalət təmsilçiləri idarə edəcək.

Görüşün baş hakimi İvan Kruzlyak olacaq. Ona həmyerliləri Branislav Qanço və Yan Pozor kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Peter Kraloviç yerinə yetirəcək.

Qeyd edək ki, Türkiyə - Macarıstan oyunu 20 mart tarixində "Rams Park"da baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xəbər xətti