Teo Ernandes "Milan"ı tərk edəcəyi artıq dəqiqləşib.
Sportal.az xəbər verir ki, İtaliya mətbuatında yer alan məlumata görə, "rossonerilər" artıq fransız müdafiəçi ilə 2026-cı ilin yayında başa çatan müqaviləni uzatmamaq qərarına gəliblər. Bildirilir ki, futbolçunun tələbləri klub rəhbərliyini qane etməyib.
"Milan" mövsümün sonunda 27 yaşlı futbolçu üçün təklifləri gözləyir və yeni sol cinah müdafiəçisi axtaracaq.
Qeyd edək ki, Bu mövsüm Ernandes A Seriyasında 26 oyun keçirib və 3 qol vurub.
saytlarin hazirlanmasi