“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Şəkidə

21:18 - 19 Mart 2025

Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının (UGFF) təşkilatçılığı ilə Şəki şəhərində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Sportal.az xəbər verir ki, Şəki şəhər stadionunda baş tutan tədbirdə UGFF-nın prezidenti Asif Əliyev, baş katib Asim Xudiyev ilə yanaşı millət vəkili Vüqar İsgəndərov və Futbolun İnkişaf Fondunun əməkdaşları iştirak edib.

Tədbirdə AFFA və UGFF tərəfindən uşaqlara futbola marağı artırmaq məqsədilə idman geyimləri və futbol topları verilib.

Qeyd edək ki, FİF 2023-cü ildə UEFA Uşaq Fondundan verilən mükafat çərçivəsində uşaq futbolunun inkişafı məqsədilə Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasına 500 ədəd top ianə edib.

Xəbər xətti