U-17 millimiz seçmə mərhələdə ilk oyununu keçirdi

19:59 - 19 Mart 2025

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirib.

Sportal.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan millimiz Albaniya yığması ilə üz-üzə gəlib.

Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 47-ci dəqiqədə Tunar Rzayev vurub.

Qeyd edək ki, U-17 növbəti oyununu martın 22-də Uels yığmasına qarşı keçirəcək.

Xəbər xətti