"Neftçi"nin futbolçusu "Araz-Naxçıvan"la matça hazır olacaq?

13:22 - 19 Mart 2025

"Neftçi"nin futbolçusu Emin Mahmudov zədə səbəbindən Misli Premyer Liqasının son turlarını, eləcə də Azərbaycan milli komandasının təlim-məşq toplanışını buraxmalı olub.

Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi zədəsini sağaldıb.

Bərpa prosesini də uğrla keçmiş Mahmudovun sabah kollektivlə məşqlərə start verəcəyi bildirilir.

Emin Mahmudovun Misli Premyer Liqasının 28-ci turunun “Araz-Naxçıvan” – “Neftçi” görüşünə tam hazır olacağı gözlənilir.

Xəbər xətti