"Qarabağ"ın müqavilə bağlamaq istəmədiyi legionerə 3 TƏKLİF VAR

15:34 - 19 Mart 2025

2021-ci ildən "Qarabağ"ın formasını geyinən Marko Veşoviç 3 ölkədən təklif alıb.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, sözləşməsi bu yay bitəcək müdafiəçi Polşaya qayıda bilər.

Monteneqrolu legionerlə Yunanıstan və Kipr klubları da yaxından maraqlanır.

Ağdam klubu Olavio Juninyo, Julio Romao və Riçard Almeydadan sonra onunla da vidalaşmağı qərarlaşdırıb.

"Köhlən atlar" artıq bu barədə müdafiəçini məlumatlandırıb. Bildirilib ki, onun yayda başa çatacaq müqaviləsi yenilənməyəcək.

Monteneqro yığmasının üzvünə indidən özünə yeni komanda tapmaq tapşırılıb. 34 yaşlı cinah oyunçusuna icazə verilib ki, real müştərisi olarsa, onunla danışıqlar aparılsın.

Ölkəmizə Polşadan gələn "Legiya"nın sabiq kapitanı 1 ilə yaxındır əsas heyətdə yerini itirib. Buna səbəb xroniki zədələrdən əziyyət çəkməsidir.

Xəbər xətti