"Arsenal" "Liverpul"un hücumçusunu istəyir

12:23 - 19 Mart 2025

"Liverpul"un uruqvaylı hücumçusu Darvin Nunes yayda klubu tərk edə bilər.

Sportal.az "The Daily Mail"ə istinadən xəbər verir ki, "qırmızı-qaralar" futbolçunun effektsiz olmasını əsas götürərək ona ümid bəsləmir.

"Arsenal" isə 25 yaşlı forvarda şans verməyə hazırdır. Üstəlik, "topçular"ın baş məşqçisi Mikel Arteta Nunyesi şəxsən sərəncamında görmək istəyir.
Mümkün transfer 50 milyon avro dəyərində qiymətləndirilir.

Uruqvaylının “Liverpul”la hazırkı müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.  Xatırladaq ki, bu mövsüm Nunyes Premyer Liqada 23 matçda cəmi 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Uruqvay millisinin üzvü “Penyarol”, “Almeriya”, “Benfika”da oynadıqdan sonra 2022-ci ildə “Liverpul”la anlaşmışdı.
 

Xəbər xətti