"Çelsi" "Real"a 180 milyon avro təklif edəcək

15:52 - 19 Mart 2025

"Real"ın futbolçuları Rodriqo və Endrik karyeralarını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Çelsi" braziliyalı oyunçuları transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Çelsi" Rodriqo və Endrik üçün "Real"la danışıqlara başlamağa hazırlaşır. Londonlular iki futbolçu üçün İspaniya klubuna 180 milyon avro təklif edəcək.

Qeyd edək ki, "Real" Rodriqonu 2019-cu ilin yayında "Santos"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Endrik isə mövsümün əvvəlində "Palmeyras"dan "Real"a keçib. 18 yaşlı hücumçu "kral klubu"nun heyətində keçirdiyi 28 rəsmi oyunda 6 qol vurub.

Xəbər xətti