"Real" Asensionun müqavilə müddətini artıracaq

18:49 - 19 Mart 2025

"Real" müdafiəçisi Raul Asensionu başqa kluba buraxmaq niyyətində deyil.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi ispan müdafiəçinin müqavilə müddətini artırmağı planlaşdırır.

Tərəflər arasında artıq danışıqlara start verilib və ilkin razılıq əldə edilib.

22 yaşlı futbolçu "Real"ın futbol akademiyasının yetirməsidir.  Bu mövsüm o, əsas komandada 29 oyun keçirib, iki məhsuldar ötürmə edib. O, bu yaydan əsas komandada çıxış edir və “Real”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Xəbər xətti