Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Alanyaspor" Sami Uğurlu ilə yollarını ayırıb. Bu barədə yerli mətbuat məlumat yayıb.
46 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Sami Uğurlu ötən ilin noyabr ayında "Alanyaspor"un baş məşqçisi təyin olunmuşdu. Komanda Super Liqada 27 turdan sonra 31 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi