"Barselona" növbəti matçda 6 futbolçusundan yararlanmaya bilər - qərara etiraz edib

23:21 - 19 Mart 2025

"Barselona" "Osasuna" ilə oyunun tarixi ilə bağlı qərara etiraz edib.

Sportal.az xəbər verir ki, La Liqanın 27-ci turunun matçı 8 martda keçirilməli idi, lakin katalonların tibb heyətinin üzvü Karles Minyarronun vəfatı səbəbindən təxirə salınıb. İspaniya Kral Futbol Federasiyası (RFEF) oyunun 27 martda baş tutacağını elan edib.

"Barselona" bu qərara qarşı apellyasiya şikayəti verib. Klub oyunun başqa bir tarixə keçirilməsinə nail olmaq istəyir, çünki 27 martda altı futbolçusunun – Rafinya Dias, Ronald Arauxo, Fermin Lopes, Pablo Torre, Jerar Martin və Ektor Fortun yığma komandaların düşərgəsində olacağı gözlənilir.

Xəbər xətti