"Bavariya"nın qapıçısı Manuel Noyer Almaniya millisinə qayıda bilər.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, təcrübəli qolkiper millinin heyətində DÇ-2026-ya yollanmaq istəyir.
Məsələ ondadır ki, Noyerin gedişindən sonra Bundesmanşaftın əsas qapıçısı olan "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen də zədəlidir.
Kataloniya təmsilçisinin qolkiperi ardıcıl ikinci mövsümdür ki, ciddi zədələnir. Ter Ştegen yeni mövsümdə yaxşı formada olmasa, o zaman Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann Noyeri komandaya çağıracaq.
Xatırladaq ki, 2026-cı ilin yazında 40 yaşı tamam olacaq Noyer 2024-cü ildə millidəki karyerasını başa vuracağını açıqlamışdı.
saytlarin hazirlanmasi