Dibala mövsümü erkən başa vurdu: əməliyyat olunacaq

15:50 - 20 Mart 2025

İtaliyanın "Roma" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Paulo Dibalanın zədəsi ciddidir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Əzələ zədəsi olan argentinalı hücumçu yaxın günlərdə əməliyyat olunacaq. 31 yaşlı forvard mövsümün qalan hissəsində komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, Paulo Dibala 2022-ci ilin yayından "Roma"da çıxış edir. Argentina millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti