Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində İran Birləşmiş Ərəb Əmirliklərini qəbul edib.
Sportal.az xəbər verir ki, ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşan matçın ilk hissəsində stadionda işıqlar sönüb. Bir müddət sonra oyun bərpa edilib və matçın birinci 45 dəqiqəsinə 29 dəqiqə əlavə edilib. Artılıran dəqiqə həmçinin milli komandaların oyunlarında dünya rekordunu qırıb.
Qeyd edək ki, İran millisi A qrupunda 7 matçdan sonra 19 xalla 1-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi