Dünya çempionatına vəsiqə qazanan ilk komanda bəlli oldu

17:35 - 20 Mart 2025

DÇ-2026-ya vəsiqə qazanan ilk milli komanda bəlli olub.

Sportal.az xəbər verir ki, Yaponiya yığması seçmə mərhələnin bitməsinə 3 tur qalmış mundiala vəsiqəni təmin edib. Hacime Moriyasunun rəhbərlik etdiyi kollektiv 7-ci turda evdə Bəhreyn seçməsinə 2:0 hesabı ilə qalib gəlib.

Yaponiya millisinin aktivində 7 turdan sonra 19 xal var. Onlar 2-ci yerdə gedən Avstraliyanı 9 xal qabaqlayır.

Xəbər xətti