"Atletik"in futbolçusu Niko Uilyams La Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Barselona" ispaniyalı vingeri transfer etmək istəyir. Bu barədə "El Nacional" məlumat yayıb.
Niko "Barselona"da oynamağa isti yanaşır. Lakin onun bir şərti var. Belə ki, 22 yaşlı ön xətt oyunçusu Kataloniya klubundan start heyətində oynayacağı ilə bağlı zəmanət istəyir.
Qeyd edək ki, Niko Uilyams "Atletik"in yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Bilbao təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi