Millimizin potensial rəqibləri qarşılaşdı, ev sahibi qalib gəldi - VİDEO

10:22 - 21 Mart 2025

Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda potensial rəqibləri olan Xorvatiya və Fransa yığmaları Millətlər Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. 

Sportal.az xəbər verir ki, Split şəhərində baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında cavab görüşü martın 23-də baş tutacaq.

Xatırladaq ki, bu cütün qalibi Ukrayna, İslandiya v Azərbaycanla birlikdə D qrupunda yer alacaq. 

Xorvatiya – Fransa 2:0
Qollar:
Budumir 26, Perişiç 45+1

Xəbər xətti