"Barselona" İngiltərə klublarından 30 milyon funt-sterlinq tələb edir

13:59 - 22 Mart 2025

"Barselona"nın futbolçusu Ferran Torres yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Sportal.az xəbər verir ki, "Aston Villa", "Liverpul" və "Mançester Yunayted" ispan vingeri transfer etmək istəyir. Bu barədə "Fichajes nəşri məlumat" yayıb.

"Barselona" Ferranı satmağın əleyhinə deyil. La Liqa nəhəngi 25 yaşlı ön xətt oyunçusu üçün 30 milyon funt-sterlinq tələb edir.

Qeyd edək ki, "Barselona" Ferran Torresi 2022-ci ilin yanvar ayında "Mançester Siti"dən transfer edib. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 13 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti