İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Pau Kubarsini təcili əvəzləyəcəyini açıqlayıb.
Sportal.az xəbər verir ki, UEFA Millətlər Liqasının ilk 1/4 final mərhələsinin Niderlandla oyununda (2:2) "Barselona"nın 18 yaşlı mərkəz müdafiəçisi zədələnib.
Millinin çalışdırıcısı onun əvəzinə yığmaya “Latsio”nun üzvü Mario Gilaya təcili dəvət göndərib.
Artıq Gilanın millinin düşərgəsinə qoşulduğu bildirilir.
Mario 2022-ci ildə “Real”dan “Latsio”ya keçmişdi.
saytlarin hazirlanmasi