"Fənərbaxça"nın hücumçusu Edin Ceko milli komandada zədələnib.
Sportal.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin forvardı DÇ-2026-nın seçmə mərhələsinin Rumıniya ilə səfər matçında xəsarət alıb. Rəqiblə mübarizə zamanı 39 yaşlı futbolçunun burnu sınıb.
Bosniya və Herseqovina yığması 24 mart tarixində öz meydanında Kipri qəbul edəcək. Cekonun həmin oyunda iştirak edəcəyi gözlənilmir.
saytlarin hazirlanmasi