"Liverpul" braziliyalı futbolçu üçün "Real"a 120 milyon avro ödəməyə hazırdır

19:53 - 22 Mart 2025

"Liverpul" mövsümün sonunda müqaviləsi başa çatan Məhəmməd Salaha əvəzləyici axtarır.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhənginin misirli futbolçunun yerine düşündüyü əsas namizəd "Real"da çıxış edən Rodriqodur. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Liverpul" braziliyalı vinger üçün "Real"a müraciət edəcək. İngiltərə klubu 24 yaşlı ön xətt oyunçusu üçün 120 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Real" Rodriqonu 2019-cu ilin iyul ayında "Santos"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027/2028 mövsümünün sonuna kimi nəzərdə tutulub.

Xəbər xətti