"Fənərbaxça"nın qapıçısına Avropadan 4 təklif

11:32 - 22 Mart 2025

"Fənərbaxça"nın qapıçısı İrfan Can Eyribayat Avropada bir neçə klubun diqqət mərkəzinə düşüb.

Sportal.az xəbər verir ki, "Ayaks", "Bolonya", "Sevilya" və "Betis" türk qolkiperi transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

Lakin "Fənərbaxça" İrfan Canı buraxmaq istəmir. İstanbul nəhəngi 26 yaşlı futbolçuya yeni müqavilə təklif edəcək.

Qeyd edək ki, "Fənərbaxça" İrfan Can Eyribayatı 2022-ci ilin avqust ayında "Göztəpə"dən transfer edib. "Əlcək sahibi" bu mövsüm Super Liqa təmsilçisinin heyətində 16 rəsmi matçda meydana çıxıb və qapısında 15 qol görüb. O, 7 oyunda "çərçivə"ni toxunulmaz saxlamağı bacarıb. İrfan Canın klubla hazırki sözləşməsinin müddəti 2027-ci ilin yayına kimidir.

Xəbər xətti