"Çelsi" 2 futbolçunu heyətinə qatdı

11:22 - 20 Mart 2025

“Çelsi” “Sportinq”in iki gənc futbolçusu ilə müqavilə imzalayıb.

Sportal.az “The Daily Mail”ə istinadən xəbər verir ki, London təmsilçisi “transfer pəncərəsi”nin bağlanmasına və transferin rəsmi şəkildə rəsmiləşdirilməməsinə baxmayaraq, artıq Lissabon klubunun iki gənc futbolçu ilə anlaşıb. Belə ki, “zadəganlar” ümumilikdə təxminən 74 milyon avro ödədikləri 17 yaşlı cinah yarımmüdafiəçisi Covani Kenda və 20 yaşlı yarımmüdafiəçi Dariu Essouqunu heyətinə qatıb.

Qeyd edək ki, hazırda icarə əsasında "Las Palmas"da çıxış edən Essuqo bu yay Londona keçəcək, Kenda isə icarə əsasında Portuqaliya çempionatında çıxış edəcək və gələn yay londonlulara qoşulacaq.

Xatırladaq ki, Essuqu bu mövsüm "adalılar"ın heyətində Primerada 17 matça çıxıb, 1 qol vurub. Kenda Portuqaliya çempionatının 26 matçında da 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

Xəbər xətti