Yayda "Liverpul"la müqaviləsi başa çatan Vircil van Deyk karyerasını Fransada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, PSJ niderlandlı mərkəz müdafiəçisini heyətinə qatmaq istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Paris klubu van Deyklə danışıqlara başlayıb. PSJ azad agent statusunda olacaq 33 yaşlı futbolçuya 100 milyon avro maaş olmaqla 3 illik müqavilə təklif edəcək.
Qeyd edək ki, Vircil van Deyk 2018-ci ilin yanvar ayından "Liverpul"da çıxış edir. Niderland millisinin üzvü olan təcrübəli müdafiəçi bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi