"İnter"in hücumçusu Markus Türam karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Arsenal" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
London klubu Türam üçün onun "İnter"lə müqaviləsində nəzərdə tutulan 71 milyon funt-sterlinqlik sərbəstqalma məbləğini ödəməyə hazırdır. "Çelsi" və "Liverpul" da 27 yaşlı forvardla maraqlanır.
Qeyd edək ki, Markus Türam 2023-cü ilin yayından "İnter"də çıxış edir. Fransa millisinin üzvü bu mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 16 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi