"Mançester Yunayted" milli üzvü üçün 50 milyon funt-sterlinq təklif edəcək

10:25 - 22 Mart 2025

"Mançester Yunayted" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın əsas hədəfi "Everton"da çıxış edən Cerred Brentueyti transfer etmək istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

"Mançester Yunayted" ingiltərəli mərkəz müdafiəçisi üçün onun klubu ilə danışıqlara başlayacaq. Premyer Liqa nəhəngi 22 yaşlı futbolçu üçün 50 milyon funt-sterlinq ödəməyə hazırdır.

Qeyd edək ki, Cerred Brentueyt bu mövsüm "Everton"un heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. İngiltərə U-21 millisinin üzvünün klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Xəbər xətti