Fransa 1-ci liqasında 27-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, lider PSJ səfərdə "Sent-Etyen"lə qarşılaşıb. Paris klubu matçdan 6:1 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, bu matçdan sonra PSJ 71 xalla çempionluğa doğru gedir. Belə ki, hazırda davam edən "Monako" - "Nitsa" (0:1,ikinci hissə) matçı heç-heçə ilə bitərsə Paris klubu çempionatın bitməsinə 7 tur qalmış çempionluğunu qeyd edəcək.
Fransa 1-ci liqası
27-ci tur
"Sent-Etyen" - PSJ 1:6
Qollar: L.Stassin,6, - G.Ramos,43(pen), K.Kvaratskelia,50, D.Doue,53,66, J.Neves,62, I.Mbaye,90
saytlarin hazirlanmasi