Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, toplantıda Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
28.10.2025-ci il tarixində Bizon Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Karvan-Yevlax” – “Sheki City” oyununun 99-cu dəqiqəsində “Karvan-Yevlax” komandasının 5 nömrəli futbolçusu Nika Çaçaşvili ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Karvan-Yevlax” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);
29.10.2025-ci il tarixində Bizon Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Şimal” – “Şahdağ Qusar” oyununda “Şimal” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şimal” komandası 210 manat cərimə edilsin (maddə 43.1).
saytlarin hazirlanmasi
