Debüt etməyə hazırlaşan Poqba yenidən zədələndi

22:25 - 31 Oktyabr 2025

"Monako"nun yarımmüdafiəçisi Pol Poqba cümə axşamı məşq zamanı topuq nahiyəsindən zədələnib.

Sportal.az xəbər verir ki, fransalı futbolçu cümə günü "Monako"nun məşqində iştirak etməyib və şənbə günü "Pari"yə qarşı keçiriləcək oyunu buraxacaq.

Qeyd edək ki, daha əvvəl Poqbanın dönüşü oktyabrın əvvəlində aldığı əzələ zədəsinə görə təxirə salınmışdı. Fransız futbolçu yayda "Monako" ilə müqavilə imzalayıb. O, 2023-cü ilin yayından bəri rəsmi oyunlarda meydana çıxmayıb.

Xəbər xətti