"Qalatasaray" yayda "Arsenal"da çıxış edən Pyero İnkapye ilə güclənməyi planlaşdırır.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, Türkiyə çempionu ekvadorlu müdafiəçi üçün indidən danışıqlara başlayıb.
İnkapyenin ilk növbədə icarəyə götürülməsi nəzərdə tutulur. Ekvador millisinin üzvünün “Arsenal”la icarə müqaviləsi qarşıdakı ayın sonunda başa çatacaq.
O, 2029-cu il iyunun 30-a qədər “Bayer”ə məxsusdur.
Pyero “İndependiente”(Ekvador), “Tallares”(Argentina) klublarında oynayıb.
