"Zirə"nin futbolçusu İsmayıl İbrahimli Sportal.az saytına açıqlama verib.
O, Qəsəbə təmsilçisinin Azərbaycan kubokunun finalında “Sabah”a 1:2 hesablı məğlubiyyəti şərh edib:
"Düşünürdük ki, hesabdakı üstünlüyü sona qədər saxlayaq. Çünki bizə sərf edən nəticə idi. Amma "Sabah"ın gücünü bilirsiz. Çempionatda oynadıqları futbolu görmüşdük, həqiqətən də çox yaxşı futbol oynayırlar. Təzyiq həddindən artıq çox idi. "Sabah"ı qələbə münasibəti ilə təbrik edirəm. Həqiqətən də "Sabah" çox yaxşı komadadır. Təzyiqləri yüksək idi. Biz də bunun qarşısını almağa çalışırdıq. İstəyirdik ki, qalib gələk və avrokuboklara vəsiqəni təmin edək. Bunun üçün də oynayırdıq. Amma təəssüf ki, alınmadı. Lakin çempionatın bitməsinə hələ iki tur qalıb. Düzdür, artıq məsələ bizdən yox, "Neftçi"dən asılıdır. Biz əlimizdən gələni edəcəyik. Necə alınacağını görəcəyik".
O, mövsümün qalan iki oyununda onlara sərf edən nəticələrin baş verməsinin real olub-olmadığını deyib: "Futboldur, hər şey ola bilər. Avrokubok inamını tam itirməmişik. Sadəcə bizdən asılı deyil. İlk növbədə biz özümüz "Sumqayıt" və "Araz-Naxçıvan"ı udmalıyıq. Allah qoysa, hər şey bizim xeyrimizə olar".
Mirbağırağa
