UEFA lisenziyalı məşqçilik kursları üçün təlim keçiriləcək

12:10 - 15 May 2026

AFFA tərəfindən UEFA lisenziyalı məşqçilik kurslarının əhatə dairəsinin genişləndirilməsi və yeni məşqçi təlimçilərinin hazırlanması məqsədilə növbəti təlim keçiriləcək.

Sportal.az xəbər verir ki, məqsəd UEFA lisenziya kurslarının tədrisinə cəlb oluna biləcək potensial məşqçi təlimçilərini müəyyən etmək və onların tədris, fasilitasiya, praktiki məşğələ aparma, rəyvermə və qiymətləndirmə bacarıqlarını inkişaf etdirməkdir.

İştirak üçün əsas tələblər:

- Minimum UEFA B lisenziyasına (qüvvədə olan) sahib olmaq; 

- UEFA lisenziya kurslarında yüksək göstəricilərə malik olması üstünlükdür;

- Təlimçilik, mentorluq və ya tədris təcrübəsinin olması üstünlükdür;

- Yüksək kommunikasiya və təqdimat bacarıqları;

- Praktiki məşğələ aparmaq və konstruktiv rəy vermək bacarığı;

- Davamlı öyrənmə və şəxsi inkişafa maraq;

- Komanda ilə işləmək və əməkdaşlıq bacarıqları;

- AFFA-nın məşqçi təhsili sisteminə uzunmüddətli töhfə vermək motivasiyası;

- Peşəkar davranış və etik prinsiplərə riayət;

- Azərbaycan dilində aydın yazılı və şifahi ünsiyyət bacarığı. 

- Regionlardan olan namizədlərə üstünlük verilə bilər. 

Seçim prosesi:

Ərizələrin qəbulu: 31 may tarixinədək

Ərizələrin nəzərdən keçirilməsi və ilkin seçim: 1–3 iyun

Müsahibələrin təşkili: 4–5 iyun

Təlimin keçirilməsi: 10–13 iyun (əyani formatda)

Müraciət etmək istəyən namizədlər mayın 31-dək elektron formanı doldura bilərlər.

https://forms.microsoft.com/r/8nFEx0EzMT

Sualınız olarsa [email protected] emailinə müraciət edə bilərsiniz.

Xəbər xətti