"Milan" Avstriya millisinin baş məşqçisi üçün hərəkətə keçdi

16:59 - 29 May 2026

"Milan" rəhbərliyi Avstriya millisinin baş məşqçisi Ralf Ranqnikin klubun texniki direktoru vəzifəsinə təyin edilməsi imkanını nəzərdən keçirir.

Sportal.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayib.

Almaniyalı mütəxəssis İtaliya nəhənginin təklifini nəzərdən keçirməyə hazırdır. Lakin klub strukturunda geniş səlahiyyətlərin verilməsi şərtini irəli sürür. Xüsusilə, Ranqnik baş məşqçi, idman direktoru, eləcə də skaut və gənclər şöbələrinin rəhbərlərinin təyinatı məsələlərində həlledici söz sahibinə malik olmaq istəyir.

67 yaşlı məşqçi ​"Milan"a gələcəyi təqdirdə hazırda Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna rəhbərlik edən Mattias Yaysleni baş məşqçi vəzifəsinə dəvət etməyi planlaşdırır.

​Qeyd etmək lazımdır ki, "Milan" hələ 2020-ci ildə Ranqniki dəvət etməyə cəhd göstərib. Həmin vaxt tərəflər arasında razılıq əldə olunmayıb.

​Hazırda Ralf Ranqnikin mümkün təyinatı qarşısındakı əsas maneələrdən biri kimi onun klub rəhbərliyinin məsləhətçisi Zlatan İbrahimoviçlə olan gərgin münasibətləri göstərilir.

Xəbər xətti