San Marino milli komandasının baş məşqçisi Roberto Çevoli bu gün Macarıstanın Sombathey şəhərində Azərbaycana qarşı keçiriləcək yoldaşlıq oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Sportal.az xəbər verir ki, o, Azərbaycanla görüş haqda bunları deyib:
"Uşaqlar Banqladeşi (1:2) məğlub etmək istəyirdilər və qələbə qazanmaq üçün bu coşğun istək meydanda diqqət çatışmazlığına səbəb oldu. Amma biz bunu müsbət hal kimi görürük. Bu o deməkdir ki, oyunçuların öz qabiliyyətlərinə olan gözləntiləri də artıb. Bu təcrübədən istifadə edərək Azərbaycana qarşı ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Komandadan reaksiya gözləyirəm. Əminəm ki, meydandakı nəticədən asılı olmayaraq, bu, baş verəcək".
saytlarin hazirlanmasi
