U-21 yığmamız qırğızlarla üz-üzə

10:47 - 9 İyun 2026

Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan U-21 yığma komandamız bu gün ikinci yoxlama matçına çıxacaq.

Sportal.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv Qırğızıstanın U-21 yığması ilə üz-üzə gələcək.

"Sav" keçiriləcək oyuna Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Qeyd edək ki, U-21 yığmamız iyunun 6-da Bəhreynə 3:0 qalib gəlib.

Xəbər xətti