U-20 millimiz ilk oyununda qələbə qazandı

23:03 - 9 İyun 2026

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib.

Sportal.az xəbər verir ki, U-20 Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Bu, U-20-nin baş məşqçi Ruy Jorjenin rəhbərliyi altında ilk matçı olub. Qəbələ şəhər stadionunda təşkil olunan görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamızın heyətində qolu 32-ci dəqiqədə Hikmət Cəbrayılzadə vurub.

Xəbər xətti