Misir milli komandasının və “Əl-Əhli”nin futbolçusu Emam Aşur karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu “Qalatasaray”ın transfer siyahısında yer alıb.
Türkiyə çempionu misirlinin transferi üçün hərəkətə keçib. Onun “Əl-Əhli” ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
“Seltik”, “Derbi”, “Kolambus Kryu”, “Vest Hem” klublarının da transfer etmək istədiyi Aşurun Türkiyəyə yollanmaq niyyətində olduğu bildirilir. Misir millisinin üzvü “El Mahalla”, “Harras Hodud”, “Zəmələk”(hamısı Misir), “Midtülland”(Danimarka) klublarında çıxış edib.
