"Roma" yunan üçün 18 milyon ödəyəcək

21:22 - 13 İyul 2026

Yunanıstan millisinin və “Olimpiakos”un qapıçısı Konstantinos Tzolakis karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, “Roma” 23 yaşlı qolkiperin transferi üçün hərəkətə keçib. 

İtaliya klubu yunan futbolçu üçün qarşı tərəfə 18 milyon avro ödəməyə yaxındır. 

Onun “Olimpiakos”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. “Platanias”ın yetirməsi olan Tzolakis “Olimpiakos”a 2019-cu ildə keçib.
 

Xəbər xətti