"Sabah"ın qapıçısı: "Hər şey bir həftədən sonra həll olunacaq"

14:19 - 23 İyul 2026

"Sabah"ın qapıçısı Stas Pokatilov Sportal.az saytına açıqlama verib.

Qazaxıstanlı qolkiper Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “KuPS”a qarşı(1:0) keçirilmiş görüşü haqda danışarkən bunları deyib:

"Çətin oyunda qalib gəlməyi bacardıq. Amma nəticədən məmnun deyilik. Yaratdığımız epizodları nəzərə alsaq, daha çox qol vurmalı idik. Hər halda, qalib gəldik və əsas məsələ də bu idi. Hər şey bir həftədən sonra, cavab oyununda həll olunacaq. Çünki ilk oyunda məsələni həll etmədik. Cavab oyununa hazırlaşacağıq. Finlandiyadakı görüş də çətin keçəcək".

Mirbağırağa

Xəbər xətti