"Çelsi"nin futbolçusu Alexandro Qarnaço İngiltərə Premyer Liqasında klubunu dəyişib.
Sportal.az xəbər verir ki, "Aston Villa" argentinalı vingeri icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı oyunçu 2026/27 mövsümündə Birmingem təmsilçisinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, "Çelsi" Alexandro Qarnaçonu 2025-ci ilin yayında "Mançester Yunayted"dən 46 milyon avroya transfer edib. Argentina millisinin üzvü "mavilər"in heyətində meydana çıxdığı 43 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
