"Azərbaycan pasportu olan bütün futbolçuları diqqətdə saxlayırıq" - millinin baş məşqçisi Eddi İsrafilov barədə

13:53 - 27 İyul 2026

"Neftçi"dən ayrılandan sonra Malayziya çempionatına yollanan Eddi İsrafilov "Johor Darul Tazim" klubunda çıxış edir. Millimizin sabiq futbolçusu daimi oyun praktikasına malikdir.

Eddiylə bağlı millimizin baş məşqçisi Ayxan Abbasovun fikirlərini öyrəndik. Sportal.az saytına açıqlama verən Ayxan bəy onu diqqətdə saxladıqlarını dedi:

"Eddinin Asiya Liqasında bir neçə oyununa baxmışam. Bizim izlədiyimiz matçlarda onu stoper mövqeyində oynadıblar. Azərbaycan pasportu olan bütün futbolçuları diqqətdə saxlayırıq, həmçinin də Eddini. Ehtiyac olsa, təbii ki, ona da dəvət göndərməyimiz mümkündür". 

Qeyd edək ki, "Qarabağ"dan ayrılan Kevin Medina da İsrafilovun çıxış etdiyi "Johor Darul Tazim" klubuna keçib. 

Xəbər xətti