PSJ-nin futbolçusu İbrahim Mbaye karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" seneqallı vingeri transfer etmək istəyir. Bu barədə "Diario AS" nəşri məlumat yayıb.
Fransa klubu oyunçusunu satmağın əleyhinə deyil. Onlar 18 yaşlı futbolçu üçün 50 milyon avro tələb edirlər.
Qeyd edək ki, İbrahima Mbape 2018-ci ilin yayında PSJ-nin akademiyasına qoşulub. Seneqal millisinin üzvü 2025/26 mövsümündə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
