"Xankəndi"də yeni təyinat

16:39 - 13 Avqust 2026

"Xankəndi" Futbol Klubu 2026/2027 futbol mövsümü ilə əlaqədar idarəetmə və təşkilati struktur üzrə hazırlıq işlərini davam etdirir.

Sportal.az xəbər verir ki, klubun qarşıdakı mövsüm üçün müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq, idarəetmədə sabitliyin qorunması və əvvəlki mövsümlərdə formalaşmış iş prinsiplərinin davam etdirilməsi məqsədilə qərar qəbul olunub.

Buna əsasən, Elnur Məcidov "Xankəndi" Futbol Klubunun icraçı direktoru vəzifəsində fəaliyyətini davam etdirəcək.

Elnur Məcidov ötən mövsümlərdə klubun formalaşması, inkişaf mərhələləri, təşkilati işlərin qurulması və idarəetmə proseslərində mühüm rol oynayıb. Onun rəhbərliyi ilə klubun qarşısında duran əsas vəzifələrdən biri olan peşəkar idarəetmə modelinin daha da təkmilləşdirilməsi, infrastrukturun inkişafı, idman nəticələrinin yüksəldilməsi və uzunmüddətli hədəflərin həyata keçirilməsi istiqamətində işlər davam etdiriləcək.

"Xankəndi" FK 2026/2027 futbol mövsümündə daha yüksək məqsədlər uğrunda mübarizə aparmaq, klubun brend dəyərini artırmaq və Azərbaycan futbolunda layiqli mövqe qazanmaq istiqamətində fəaliyyətini davam etdirir.

Xəbər xətti