ABŞ millisinin üzvü Timoti Veah “Marsel”dən ayrılmağa hazırlaşır.
Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu “Sanderlend”ə keçməyə yaxındır.
O, Premyer Liqa klubunda icarə əsasında çıxış edəcək. Veanın “Marsel”lə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.
Timoti karyerası ərzində PSJ, “Seltik”, “Lill”, “Yuventus” klublarının formasını geyinib.
