Azərbaycan paracüdoçusu İlham Zəkiyev Almaniyada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Sportal.az xəbər verir ki, bu haqda Milli Paralimpiya Komitəsi məlumat yayıb.
O, (J1, +95 kq) yarımfinalda Böyük Britaniyanı təmsil edən Daniel Enqlişə qalib gələrək finala yüksəlib. Finalda ispaniyalı Qarros Suarezi ipponla məğlub edən İlham Zəkiyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Avropa çempionu olub. Bu, para cüdoçunun karyerasında 10-cu Avropa çempionluğudur.
Xatırladaq ki, ötən gün Saleh Sultanov (J1, 81 kq) yarışda bürünc medal qazanıb.
saytlarin hazirlanmasi
