Çiro İmmobile futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Sportal.az xəbər verir ki, 36 yaşlı “Paris” klubunun hücumçusu komanda yoldaşlarına bildirib ki, artıq ailəsi ilə daha çox vaxt keçirməyin zamanı gəlib.
İmmobile karyerası ərzində “Bolonya”, “Beşiktaş”, “Latsio”, Dortmund “Borussiya”sı, “Sevilya”, “Yuventus” və digər klublarda çıxış edib.
İtaliyalı forvard A Seriyasının tarixinin ən yaxşı bombardirləri siyahısında 201 qolla 8-ci pillədədir. İmmobile İtaliya millisinin heyətində 2021-ci ildə Avropa çempionu olub.
saytlarin hazirlanmasi
