Premyer Liqa klubu paraqvaylı müdafiəçi ilə müqavilə imzaladı

20:35 - 14 Avqust 2026

İngiltərənin "Brayton" klubu Dieqo Qomesin müqaviləsinin müddətini uzadıb.

Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Paraqvay millisinin üzvü ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, "Brayton" Dieqo Qomesi 2025-ci ilin yanvarında "İnter Mayami"dən 13 milyon avroya transfer edib. 23 yaşlı futbolçu 2025/26 mövsümündə "qağayılar"ın heyətində meydana çıxdığı 37 rəsmi matçda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti