"Səbail" Türkiyədəki ilk yoxlama matçında qələbə qazandı - FOTOLAR

22:38 - 14 Avqust 2026

2026/2027-ci il mövsümü üçün hazırlığını Türkiyənin Bolu bölgəsində davam etdirən “Səbail” qonşu ölkədə ilk yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, Elnur Abdullayevin rəhbərlik etdiyi komanda Şimali Kipr Türk Respublikası təmsilçisi TOL klubu ilə üz-üzə gəlib. “Bolu Termal Hotel”in stadionunda baş tutan qarşılaşma paytaxt klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu Rubin Seyidov vurub.

Qeyd edək ki, “Səbail” PFK Boluda növbəti yoxlama oyununu avqustun 19-da keçirəcək.


Xəbər xətti